AZƏRBAYCANDA RAMAZAN BAYRAMI QEYD OLUNUR

İslamın müqəddəs bayramları içərisində orucluq bayramı mühim yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən(miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona “ Ramazan orucu” da deyirlər.

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “ On bir ayın sultanı”da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Ruzi-bərəkət və rəhmət ayı olan bu mübarək ayda Allah hər birimizin oruc və dualarını qəbul etsin!