Bu gün Boz ayın ikinci çərşənbəsi -Od şərşənbəsidir.Boz ay bu çərşənbə ilə ömrünün tam yarısını başa vurur və təbiətin diriləcəyi günü bizə daha da yaxınlaşdırır.Od çərşənbəsində od rəmzi məna daşıyır.
Od çərşənbəsində hər kəs öz qapısında tonqal çatar,uşaqlı-böyüklü hamı tonqal üzərindən atlanıb ağırlığımız odda yansın deyərlər.
Qədimdə Od çərşənbəsində başqa bir yaxşı adət də olub: qonum-qonşuda yasda olan ailənin həyətində tonqal çatar,bununla da o ailəni yasdan çıxarardılar.Ocağımız yanar,ruzimiz bol olsun!