FİLOLOGİYA FAKÜLTƏSİ AZƏRBAYCAN DİLİ KAFEDRASI 3 MART 2025-Cİ İL TARİXLİ AÇIQ DƏRS

3 mart 2025-ci il tarixdə Azərbaycan dili kafedrasının filologiya elmləri doktoru dosent Yadigar Əliyevin Azərbaycan Dialektologiyası Seçmə fənnindən “Azərbaycan dili şivələrində fonetik hadisələr və ahəng qanunu” mövzusunda açıq dərsi keçirilmişdir.
Açıq dərs Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə II kurslarda təşkil olunmuşdu.
Dərsdə tələbələrə Azərbaycan dili şivələrində müşahidə olunan səsuyuşması,səsfərqləşməsi,səsartımı,səsdüşümü,səs yerdəyişməsi və qoşalaşma hadisələri şivələrdən gətirilmiş konkret nümunələr əsasında izah edildi,ahəng qanununun qorunub saxlandığı və qorunmadığı şivələr haqqında dialektoloji xəritələr əsasında və slaydlar üzrə məlumat verildi.