Filologiya fakültəsi Elmi Şurasının 27.02.2025-ci il tarixli iclası

27 fevral 2025-ci il tarixdə Filologiya fakültəsi Elmi Şurasının növbəti iclası keçirilmiş,iclasda aşağıdakı məsələlər müzakirə edilmişdir:
1.2024/2025 tədris ilinin payız imtahan sessiyasının nəticələri və qarşıda duran vəzifələr haqqında;
2.Fakültənin Azərbaycan dili və ədəbiyyat müəllimliyi və Filologiya (Azərbaycan dili və ədəbiyyatı)ixtisaslarının IV kurs tələbələrinin pedaqoji təcrübəsi və istehsalat təcrübəsinin təşkili haqqında;
3.Növbəti akkreditasiyaya hazırlıqla əlaqədar fəaliyyət istiqamətlərinin icrası üzrə görülmüş işlər haqqında;
4.Cari məsələ
1. Fakültə dekanı vəzifəsini icra edən dos.(atestatsız) Mehriban Məmmədova 2024-2025-ci tədris ilinin payız imtahan sessiyasının nəticələri barədə şura üzvlərinə məlumat verdi.Məsələ ətrafında çıxış edən şura üzvləri imtahan sessiyasının obyektiv və şəffaf keçirildiyini qeyd etdilər.
2.İkinci məsələ barədə M.Məmmədova bildirdi ki, fakültənin hər iki ixtisasının IV kurs tələbələri 17 fevral tarixdən təcrübəyə başlamışlar.Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbələri şəhərin 9 orta məktəbində pedaqoji təcrübə,Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının tələbələri isə AMEA-nın Gəncə bölməsində,müxtəlif muzeylərdə təcrübə keçəcəklər.
3.Növbəti akkreditasiyaya hazırlıqla əlaqədar fəaliyyət istiqamətlərinin icrası barədə Azərbaycan dili kafedrasının müdiri professor Telman Quliyev,Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri dosent Səba Namazova məlumat verdilər.Müzakirə olunmuş məsələlər barədə müvafiq qərarlar qəbul edildi.