8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ

8 Mart- iqtisadi,ictimai və siyasi bərabərlik uğrunda Qadınların Beynəlxalq Həmrəylik Günüdür.
Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi , iqstisadi,elm,təhsil,səhiyyə,mədəni həyatının fəal iştirakçısıdır.
Azərbaycanda qadına-anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır.
Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydular. Bu gün biz şəhidlərimizə,qazilərimizə nə qədər borcluyuqsa,bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.
Təkcə bu gün yox,sabah da, o biri gün də daim üzünüz gülsün,əziz xanımlar!