23.11.2023-cü il tarixdə Filologiya fakültəsində “Qərbi Azərbaycana Böyük Qayıdış konsepsiyası” adlı elmi-praktik seminar keçirildi. Seminarda Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Qərbi Azərbaycan İcmasının Gəncə üzrə nümayəndəsi filologiya elmləri doktoru, professor Mübariz Yusifov, Siyasi fənlər kafedrasının baş müəllimi, siyasi elmlər namizədi Arifə Əhmədli çıxış etdilər. Onlar Qərbi Azərbaycanlıların üzləşdiyi vəhşiliklərdən, soydaşlarımızın yaşadığı dəhşətli, qan donduran hadisələrdən danışdılar. Məruzəçilər qeyd etdilər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində hünərli Azərbaycan ordusunun düşmən üzərindəki möhtəşəm qələbələri xalqımızın məğrurluğunu bütün dünya ictimaiyyətinə parlaq şəkildə nümayiş etdirdi. Düşmən üzərindəki ardıcıl və davamlı qələbələrimiz vaxtı ilə öz əzəli yurdlarından dərbədər salınaraq didərgin düşən bütün Qərbi Azərbaycanlıların artıq doğma ellərə qayıdışına bir ümid çırağı yandırmış oldu. Onların ürəklərində doğma yurda qovuşmaq ümidi yarandı. Bəli, bu baş verəcəkdir. Qərbi Azərbaycanlıların doğma yurda qayıdışı bu günkü günün inamı, sabahkı günün həqiqətidir.