24 oktyabr 2023-cü il tarixdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Afaq Yusiflinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kursunda “Füzulinin “Leyli və Məcnun” poemasının təhlili. Füzulinin sənətkarlıq xüsusiyyətləri” mövzusunda açıq dərsi keçirildi. Dos. Afaq Yusifli Məhəmməd Füzulinin ədəbi irsində ən əhəmiyyətli yer tutan “Leyli və Məcnun”əsərinin fəlsəfi məzmununu, dərin lirizmini, qeyri-adi, əlvan sənətkarlıq xüsusiyyətlərini izah etdi, şair dühasının çoxcəhətliliyini, əzəmətini diqqətə çatdırdı. Dərs prosesində nümayiş etdirilən slaydlar dərsin daha səmərəli keçməsinə şərait yaratdı. Faktların zənginliyi, müəllimin səriştəsi və elmi potensialı baxımından mükəmməl olan açıq dərs yüksək dəyərləndirildi.