Azərbaycan dili kafedrasının baş müəllimi f.f.d.Mətanət Mahmudova
22.11.2023-cü il tarixdə Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası IV kurs tələbələrinə Nitq mədəniyyəti fənnindən açıq dərs keçdi. Açıq dərsin mövzusu “Leksik , qrammatik norma və bu normaların pozulması hallarının aşkara çıxarılması ” idi.
Mətanət Mahmudova leksik və qrammatik normalar haqqında məlumat verdikdən sonra bu normaların pozulmasına dair nümunələr üzərində iş apardı. Tələbələr hər bir nümunədə norma pozulmalarını göstərərək düzgün variantı səsləndirdilər. Müəllim dərs prosesində müxtəlif slaydlardan istifadə etdi ki, bu da dərsin səmərəli keçməsinə, mövzunun daha yaxşı mənimsənilməsinə şərait yaratdı.
Açıq dərsdə Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov, Azərbaycan dili kafedrasının müdiri prof.Telman Quliyev, dos.Gülarə Məlikova, f.f.d. Mehriban Məmmədova, f.f.d Samirə Quliyeva, baş müəllim Fatma Saralova, müəllim Ayşən Nəbiyeva, müəllim Təranə Əliyeva və Azərbaycan dili kafedrasının digər əməkdaşları iştirak edirdilər.