Azərbaycan dili kafedrasının müəllimi Nurlu Qasımova 19.04.2023-cü il tarixdə Filologiya ixtisası III2 kurs tələbələrinə Ümumi dilçilik fənnindən açıq dərs keçdi. Açıq dərsin mövzusu “Yeni dövrdə dilçilik. Elmi dilçiliyin təşəkkülü və klassik dilçilik məktəbləri ” idi. Açıq dərsdə XVII-XVIII ərsdə dilçilik, müqayisəli tarixi dilçiliyin əmələ gəlməsi, fəlsəfi dilçilik məktəbi, naturalizm dilçilik məktəbi və s. kimi məsələlər müzakirə və sual-cavab edildi. Eyni zamanda Gənc qrammatiklər, Moskva, Kazan dilçilik məktəbləri və onların nümayəndələrinin dilçilik görüşləri haqqında tələbələrin fikirləri dinlənildi, sual-cavab aparıldı. Müəllimin mövzulara uyğun hazırladığı slaydlar dərsin mənimsənilməsinə müsbət təsir göstərdi.