Ümumi pedaqogika kafedrasının müəllimi Pərvanə Əliyeva 18.04.2023-cü il tarixdə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası II kurs tələbələrinə Pedaqogika fənnindən açıq dərs keçdi. Açıq dərsin mövzusu “Yeni təlim texnologiyaları” idi.
Dərsdə müəllim yeni dərsin izahını verdi. Tələbələr “ Pedaqogika nədir?”, “Nəyi öyrənir? “,”Təlim, təhsil, tərbiyə, inkişaf, pedaqoji texnologiyalar nədir?” və s. kimi sualları cavablandırdılar. Müəllimin mövzulara uyğun hazırladığı slaydlar dərsin mənimsənilməsinə müsbət təsir göstərdi.