16 fevral tarixindən etibarən Filologiya fakültəsinin tələbələri Gəncə şəhərində yerləşən orta məktəblərdə pedaqoji təcrübə keçirlər. Təcrübəyə ixtisaslı müəllimlər rəhbərlik edirlər. Təcrübəçilər rəhbər müəllimlərin tərtib etdiyi cədvəllər üzrə sınaq dərsləri keçir, hər bir dərs metodistlər tərəfindən təhlil edilir, irad və tövsiyələr bildirilir və müvafiq ballarla qiymətləndirilir. Dərslərdə təlimin məqsəd və məzmununa xidmət göstərən təlim metodlarından və təlim texnologiyalarından istifadə edilir ki, burada məqsəd şagirdləri dərin və hərtərəfli biliklərlə təmin etmək, onlarda bacarıq və vərdişlər formalaşdırmaq, yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşə malik olan şəxsiyyət yetişdirməkdir. Tələbələrimiz təcrübədə təkcə sınaq dərsləri deməklə kifayətlənmir, məktəbin ictimai işlərində də fəal iştirak edirlər.
Gəncə şəhəri 30, 25 və 28 nömrəli orta məktəblərdə (rəhbər müəllimlər: b.m.Kafiyə Məmmədova, b.m.f.f.d. Mətanət Mahmudova) keçilən sınaq dərslərindən şəkilləri təqdim edirik.