Azərbaycan dili kafedrasının dosenti Tahirə Quliyevanın təşkil etdiyi maraqlı bir dərs nümunəsi

Azərbaycan dili kafedrasının dosenti Tahirə Quliyeva interaktiv təlimdə istifadə edilən maraqlı iş üsulundan istifadə edərək dərs nümayiş etdirdi.  Dərs morfologiyanın tədrisində rollu oyunlardan istifadə üzərində qurulmuşdu. Bu məqsədlə T.Quliyeva səhnəcik təşkil etdi. Səhnəcikdə tələbələrin hərəsi bir nitq hissəsi roluna girərək mübahisə edir və bu mübahisə prosesində nitq hissələrinin bütün morfoloji xüsusiyyətləri, bir nitq hissəsinin digərləri ilə oxşar və fərqli xüsusiyyətləri,  sintaktik rolu, cümlə üzvləri ilə əlaqəsi  sadalandı. Müsbət cəhətlərdən biri də münsiflər heyətinin tərkibinin də tələbələrdən ibarət olması idi və onlar sonda “aktyorlar”ın  öz rolunu nə qədər bacarıqla “oynadıqlarını” qiymətləndirdilər, bir pedaqoq kimi müsbət cəhətləri və çatışmazlıqları  dedilər.

Tahirə Quliyeva tələbələrin ideya-siyasi cəhətdən  inkişafını və onlarda vətənpərvərlik hissinin aşılanmasını da xüsusi diqqət mərkəzində saxladı.