16 fevral 2022-ci il tarixdə Filologiya fakültəsi Elmi Şurasının iclası keçirildi. Elmi Şurada 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri və qarşıda duran vəzifələr, fakültənin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisaslarının IV kurs tələbələrinin pedaqoji və istehsalat təcrübələrinin təşkili, Xocalı soyqırımının 30-cu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı müzakirə edildi. Digər məsələlər isə müəllimlərin seçkisi ilə əlaqdar idi. Belə ki, şura üzvlərinin 50%-dən çoxunun səsini topladığına görə Mehrəliyeva Gülçöhrə Əbduləli qızı Azərbaycan dili kafedrasında boş olan tam ştat dosent vəzifəsinə, Novruzova Aynur Vəlican qızı və Hüseynova Yeganə Sabir qızı Azərbaycan və dünya ədəbiyyatı kafedrasında boş olan tam ştat baş müəllim vəzifəsinə seçildi. Qərarların rəsmiləşdirilməsi üçün rektora təqdimat edildi.