XOCALI FACİƏSİ -XALQIMIZIN QAN YADDAŞI

Azərbaycan xalqının tarixinə qanla yazılmış Xocalı soyqırımından 30 il keçir. Bu elə bir qanlı terrordur ki, bu faciəni bütün dəhşətləri ilə qan yaddaşımıza əbədi həkk etmək, ürək ağrıdan ağır nəticələrini gələcək nəslə ötürmək üçün həmişə xatırlamalıyıq. Bu qiyamət günü xalqın yaddaşından heç vaxt silinməməlidir.

Filologiya fakültəsində Xocalı soyqırımının 30-cu ildönümünə aid tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan humanitar məsələlər  üzrə prorektor dos. Gülsüm Fətəliyeva bu qanlı terrorun  dəhşətlərini bir daha xatırlatdı. Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi f.f.d. Həmid Abbasov çıxış edərək bildirdilər ki, Xocalı faciəsini törətməklə ermənilər azərbaycanlılara, türklərə qarşı əsrlər boyu davam etmiş amansız nifrətlərini,vəhşiliklərini bir daha əməlləri ilə sübut etdilər. Tədbirin sonunda isə Filologiya fakültəsinin tələbələri: Rəksanə Orucova, Nigar Məmmədova, Nigar Sadıqova Xocalı soyqırımına həsr olumuş şeirlər söylədilər.