“Gənclər Günü” 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Bu əlamətdar gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda “Gənclər Günü” qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də qeyd olunmağa başladı.
Gəncə Dövlət Universitetində “Gənclər Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Humanitar məsələlər üzrə prorektor dos.Gülsüm Fətəliyeva gəncləri bu gün münasibəti ilə təbrik etdi. O, Azərbaycanda gənclərə göstərilən qayğıdan, Ulu Öndər Heydər Əliyevin gənclər siyasətindən və bu siyasətin bu gün də uğurla davam etdiyindən danışdı. Tədbirdə gənclər çıxış etdilər, şeir söylədilər, mahnı ifa etdilər. Tədbirin sonunda ondan çox tələbə GDU rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif edildi. Filologiya fakültəsinin tələbələrindən Rzayev Seyhun və Poladova Familə də təhsildə və ictimai işlərdə göstərdiyi fəallığa görə təltif olundular.