Bu müdhiş tarixdən – Xocalı soyqırımından 29 il ötür… Zaman gedir və
yaralar sağalır, Xocalı yarası isə sağalmır. Bu qətliyam zamanı 613 nəfər
ödürüldü, 1000 nəfərə yaxın müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından
əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə
məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi.
Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin
taleyi indi də məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi
amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir.
Filologiya fakültəsində fevralın 22-də Xocalı faciəsinin anım günü
(online) qeid edildi. Tədbir iştirakçıları o dəhşət dolu səhifələri vərəqlədilər, o
faciəvi gün bir daha xatırlandı, müəllimlərimizin çıxışları, tələbələrimizin
Xocalı qətliyamına həsr etdikləri şeirləri dinlənildi və bu soyqırımın dünyada
tanınması ilə bağlı görülmüş və görüləcək işlərdən danışıldı.