31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür

Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı,
faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli
hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. . Mart
soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan
tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Sovet
hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız
cəhdlər göstərilsə də, bu, mümkün olmadı.Azərbaycan dövlət müstəqilliyini
bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini
ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə
qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin
“Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə
soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan
tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına
təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini
qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan
edildi.
Filologiya fakültəsində bu qanlı faciə yad olundu, onun səbəbləri və
səbəbkarları, nəticələri və bu soyqırımın tanıdılması sahəsində görülən
işlərdən danışıldı.