2021-ci il Azərbaycanda “Nizami Gəncəvi ili” elan edildi

Gəncə Dövlət Universitetində “Nizami Gəncəvi ili”nə həsr olunmuş tədbir
keçirildi. Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən olan ziyalılar iştirak
edirdilər. İlk olaraq Millət vəkili, Elm və innovasiyalar üzrə prorektor dos.Pərvin
Kərimzadə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası prezidenti İlham
Əliyevin sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili elan
edilməsi bütün xalqımız kimi gəncəlilərin də sevincinə səbəb olub. Nizami
Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim
Azərbaycan şəhəri Gəncədə yaşayıb yaratmış, ecazkar söz sənəti incilərini də
məhz burada ərsəyə gətirmişdir və bu cür tədbirlərin keçirilməsi bizim üçün
qürurvericidir. Tədbirdə GDU-nun humanitar məsələlər üzrə prorektoru dos.
Gülsüm Fətəliyeva, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Səba
Namazova Nizami irsi barədə məlumat verdilər. Gəncəmizin gözəl sənətkarı
Azərbaycan Respublikasının xalq artisti Şahnaz Haşımovanın çıxışı və canlı ifası
dinlənildi. Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimləri Aygün
Əhmədova, Aygün Yusifova, Azərbaycan dili kafedrasının müəllimi Mətanət
Mahmudova da iştirakçılar arasında idilər.