Xocalı soyqırımı Azərbaycan tarixinin ən faciəli və dəhşətli səhifələrindən biridir. Ümumilli Liderimiz Heydər Əliyev Xocalı soyqırımı haqqında demişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.
Fakültəmizdə də erməni vəhşiliyinin qurbanı olan şəhidlərimizin xatirəsi dərin hüzün və ürək ağrısı ilə yad edildi. Tədbiri giriş sözü ilə başlayan Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru dos. Gülsüm Fətəliyeva, fakültəmizin dekanı dos. Zakir Ələsgərov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri dos. Maqbet Əhmədov erməni vəhşiliyi haqqında dəhşətli faktlar danışdılar. Fakültəmizin Filologiya ( Azərbaycan dili və ədəbiyyatı) ixtisasının tələbələri kompozisya və şeirlərlə çıxış etdilər.