28 fevral 2020-ci il tarıxdə Filologiya fakültəsi həmkarlar ittifaqı təşkilatının hesabat-seçki yığıncağı keçirildi. İclası fakültə həmkarlar ittifaqı təşkilatının sədri f.f.d. M. Məmmədova açaraq təşkilatının 70 nəfər üzvü olduğunu bildirdi. Təşkilat üzvlərindən dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İclasın sədri dos. Z. Ələsgərov yığıncaq iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış etdi. 1. Fakültə həmkarlar ittifaqı təşkilatının üç illik hesabatı. 2.Yeni heyətin seçilməsi. 3. Fakültə həmkarlar ittifaqı təşkilatının sədrinin seçkisi. Hesabat məruzəsi ilə təşkilatın sədri f.f.d. M. Məmmədova çıxış etdi.
Hesabat məruzəsi ətrafında Azərbaycan dili kafedrasının müdiri professor T. Quliyev, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri dos. M. Əhmədov, dosentlərdən A. Nağdəliyev, G. Mehrəliyeva, G. Hüseynova çıxış edərək hesabat məruzəsinin qənaətbəxş hesab olunmasını təklif etdilər. İclasda iştirak edən universitet AHİK- in sədri A. Qasımova da çıxışında hesabat məruzəsinin ətraflı hazırlandığını və qənaətbəxş hesab edildiyini qeyd etdi.
Sonra açıq səsvermə yolu ilə təşkilatın yeni heyəti seçildi.