19 fevral 2020 – ci il tarixdə uzun illər pedaqoji və elmi sahədə səmərəli fəaliyyəti, işgüzarlığı, ictimai fəallığı ilə seçilmiş, tələbə və müəllim kollektivi arasında özünün səmimiyyəti, təvazökarlığı, dərin biliyi və peşəkarlığı ilə xüsusi rəğbət qazanmış Azərbaycan dili kafedrasının dosenti Əliyev Xəlil Hüseyn oğlunun 70 yaşı tamam olmuşdur. Yubiley münasibətilə fakültədə tədbir keçirilmişdir. Tədbirdə fakültə dekanı dos. Zakir Ələsgərov, kafedra müdiri prof. Telman Quliyev, Gəncə Dövlət Universiteti Azad Həmkarlar İttifaqı komitəsinin sədri Afaq Qasımova və kafedranın digər əməkdaşları yubilyarı təbrik edib, ona uzun ömür, can sağlığı, elmi – pedaqoji fəaliyyətində uğurlar arzulamışlar.