Filologiya üzrə fəlsəfə doktoru
Qısa bioqrafik məlumat
17. 08. 1983-cü ildə anadan olmuşdur. 1989-1999-cu illərdə Gəncə şəhəri M.Qasımov adına
23saylı tam orta məktəbdə təhsil almışdır. 1999-2000-ci tədris ilində GDU-nun Filologiya fakültəsinin
Azərbaycan dili və ədəbiyyat ixtisasına qəbul olunmuşdur. 2003-2005-ci illərdə GDU-nun magistratura
şöbəsində təhsilini davam etdirmişdir. 2005-ci ildən Gəncə Dövlət Universitetində müəllim işləyir. 2012-
2018-ci illərdə doktoranturada təhsil almış, “Müasir Azərbaycan dilində qoşmanın qrammatik – leksik
xüsusiyyətləri” adlı dissertasiya mövzusunu uğurla müdafiə etmişdir.
Hal- hazırda Azərbaycan dili kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktorudur. 51
elmi məqalənin və tezisin, 2 fənn proqramının və “Azərbaycan dilindən praktikum” adlı vərs vəsaitinin
müəllifidir. Müxtəlif xarici ölkələrdə – Qazaxıstan, Rusiya, Türkiyə, Polşa, İngiltərədə məqalələri çap
olunmuşdur. Bir çox beynəlxalq konfransların iştirakçısıdır. O cümlədən, V Dünya Türk Formunda
(İstanbul), Kars Alimləri Sempoziyumunda (Qars şəhəri), Gənc Tədqiqatçıların Beynəlxalq Konfransında
(Bakı) və s.-nin fəal iştirakçısı olmuşdur. Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunmuş “Kurikilum və
Fəal təlimlə” bağlı seminar və treninqlərdə iştirak etmiş və sertifikat almışdır. Universitetin təşkil
etdiyi “İlin Peşəkar Gənci” müsabiqəsinin qalibidir. 2 dəfə Gəncə Dövlət Universitetinin “Fəxri
fərmanı” ilə təltif olunmuşdur.
2005- ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 1 övladı var.