Gülrux Nəsib qızı Hüseynova

 Qısa bioqrafik məlumat

Hüseynova Gülrux Nəsib qızı 1948-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1966-cı ildə H.Zərdabi adına GDPİ-nin (indiki GDU) Azərbaycan dili və ədəbiyyat fakultəsinə daxil olmuşdur.1970-ci ildə həmin fakultəni müvəffəqiyyətlə bitirərək Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası almışdır.

Elmi fəaliyyəti

1981-ci ildə “Folklarda şəxs adları” (Azərbaycan nağıl və dastanları əsasında) mövzusunda elmi iş üzərində axtarışlar aparmış, 1986-cı ildə həmin mövzuda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi adına, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adına layiq görülmüşdür.

Elmi fəaliyyətini davam etdirərək tədris etdiyi fənnin keyfiyyətini daha da yüksəltmək üçün müəllimlərə və tələbələrə lazımi metodik vəsait, dərs vəsaiti, proqram, metodik göstəriş, Azərbaycan dilinin tədrisinə aid 60-a  yaxın məqalə çap etdirmişdir. Elmi-pedoqoji fəaliyyəti dövründə dövründə 3 metodik göstəriş, 2 dərs vəsaiti, magistr hazırlığı üçün 3 fənn proqramı, 52-yə yaxın elmi məqaləsi çap olunmuşdur. “Nitq mədəniyyəti və üslubiyyatın əsasları” fənninə dair praktikim (dos.A.Nağdalıyevlə birgə, Gəncə-2014)

 

Pedaqoji fəaliyyəti

1972-ci ildə Gəncə şəhəri Qiyabi orta məktəbdə ixtisası üzrə pedoqoji fəaliyyətə başlamış, 1977-ci ildə Pedoqoji texnikuma müəllim təyin olunmuş, 1990-cı il fevralın 1-də Təhsil Nazirliyinin əmri ilə Azərbaycan Texnologiya Universitetinin “Dillər”kafedrasında müəllim, 2001-ci ildən eyni zamanda Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasında mühazirə, seminar dərsləri aparmışdır.

2005-2015-ci illərdə Azərbaycan dilinin tədrisi kafedrasının müdiri vəzifəsini icra etmişdir.