[metaslider id=2853]15 noyabr 2018-ci il tarixdə Azərbaycan dili kafedrasının əyani doktorantı Həsənova Türkan İlqar qızının 5714.01 -Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisası üzrə “Azərbaycan və ingilis frazeoloji lüğətlərində əhatə prinsipi” mövzusunda dissertasiya işinin müzakirəsi olmuşdur.
Müzakirə yüksək səviyyədə keçirilmiş, doktorantın müzakirəyə təqdim etdiyi dissertasiya işinin tamamlandığı və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya üzrə fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi, pedaqoji, elmi-nəzəri və praktiki əhəmiyyətə malik olduğu qeyd olunmuş və dissertasiya işinin müdafiə üçün Dissertasiya Şurasına təqdim edilməsi məqsədəuyğun hesab edilmişdir.