16.11.2018-ci il tarixdə Filologiya fakültəsində Milli Dirçəliş və Beynəlxalq Tələbə gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə fakültənin dekanı prof. Mübariz Yusifov, humanitar məsələlər üzrə dekan müavini Nadir Kubışev, Azərbaycan dili kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aytən Əhmədova , Azərbaycan tarixi kafedrasının baş müəllimi Vüqar Abbasov və tələbələr iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Nadir Kubışev Milli Dirçəliş Gününün tarixi haqqında məlumat verdi. Azətbaycan tarixi kafedrasının baş müəllimi Vüqar Abbasov “Milli dirçəlişimiz şanlı tariximizdir”, Azərbaycan dili kafedrasının baş müəllimi,filologiya üzrə fəlsəfə doktoru Aytən Əhmədova “Milli dövlətçiliyə aparan əzəmətli yol” mövzusu ilə çıxış etmişlər. Sonda I kurs tələbələrindən Aytən Məmmədova , Turanə Səfərova və Elvira Novruzovanın tələbə həyatı ilə əlaqədar çıxışları və şeirləri dinlənilib.