Aynur Vəlican qızı Şükürova

     

BİOQRAFİK MƏLUMAT

  • 1975-ci il avqustun 30-da Kürdəmir rayonunda anadan olmuşdur.
  • 1992-ci ildə Gəncə şəhərində 2 saylı orta  məktəbi bitirib.
  • 1993-1998-ci illərdə H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Tarix-dil-ədəbiyyat fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasında təhsil alıb.
  • 1998-2003-cü illərdə Gəncə Dövlət Universitetinin dissertantı olmuşdur.

 

ƏMƏK FƏALİYYƏTİ

  • 1994-1998-ci illərdə Gəncə Dövlət Universitetində rektorun katibəsi
  • 1998-2001-ci illərdə Gəncə Dövlət Universitetinin Elmi hissəsində elmi-tədqiqat və elm-pedaqoji kadrların hazırlanması işi üzrə inspektor
  • 2001-2005-ci illərdə Gəncə Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında baş laborant
  • 2005-ci ildə Gəncə Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında müəllim
  • 2008-2012-ci illərdə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində tərbiyə işləri üzrə dekan müavini
  • 2010-cu ildən hal-hazıra qədər Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi

 

TƏDQİQAT SAHƏSİ VƏ FƏNN PROQRAMLARI

  • 2018-ci ildə “Azərbaycan uşaq nəsrinin inkişaf mərhələləri” mövzusunda dissertasiya işi müdafiə etmişdir.
  • 28 elmi məqalənin müəllifidir.
  • Müasir Azərbaycan ədəbiyyatı.(bakalavr pilləsi  üçün fənn proqramı,qrifli). Gəncə, 2011
  • Uşaq ədəbiyyatı ( bakalavr pilləsi üçün fənn proqramı,qrifli). Gəncə, 2011
  • Dünya ədəbiyyatı (Şərq ədəbiyyatı). Bakalavr pilləsi üçün fənn proqramı,qrifli. Gəncə, 2011