Bioqrafik məlumat
- 02.1960 – cı ildə Gəncə şəhərində anadan olub.
- 1977 – ci ildə Gəncə şəhər 20 saylı orta məktəbi bitirib.
TƏHSİLİ. ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1991–ci ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
- 2003-cü ildə Gəncə Dövlət Universitetinə dissertant qəbul olmuş, 2011-ci ildə “Xalq şairi Cabir Novruzun yaradıcılıq yolu” mövzusunu AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda müvəffəqiyyətlə müdafiə etmiş, 2013-cü ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
ƏMƏK FƏALIYYƏTİ
- 1981 – ci ildən M.Gəncəvi adına Pedaqoji məktəbdə müəllim kimi əmək fəaliyyətinə başlamışdır.
- 1990-1991-ci illərdə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dilinin tədrisi kafedrasında laborant vəzifəsində çalımışdır.
- 1991-2000-ci illərdə Məişət xidməti kollecində ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmişdir.
- 2000-ci ildən Gəncə Dövlət Universitetində müəllim, baş müəllim işləmiş, hal-hazırda Azərbaycan və dünya ədəbiyyatı kafedrasında dosent əvəzi vəzifəsində çalışır.
NƏŞR
- Cabir Novruzun yaradıcılıq yolu, Bakı, ”Qarabağ” nəşriyyatı, 2010