20. 04. 2018-ci il tarixdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Qəribə Xəlilovanın ədəbiyyatın tədrisi metodikası fənnidən “ədəbiyyatda əyanilik” mövzusunda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kursunda açıq dərsi dinlənilmişdir. Seminar formasında olan dərs müasir tələblərə uyğun, yeni metodda və yüksək səviyyədə təşkil edilmişdir. Açıq dərsdə fakültə tədris metodik şurasının sədri, baş müəllim Nadir Kıbuşev və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının digər əməkdaşları iştirak etmişlər.