19. 04. 2018-ci il tarixdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Həmid Abbasovun dünya ədəbiyyatı fənnidən “Nikolay Alikseyviç Nekrasovun (1821-1876) həyatı və yaradıcılığı” mövzusunda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kursunda açıq dərsi dinlənilmişdir. Mühazirə formasında olan dərs müasir tələblərə uyğun, yeni metodda və yüksək səviyyədə təşkil edilmişdir. Açıq dərsdə fakültənin dekanı, professor Mübariz Yusifov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri dos. Afaq Yusifli fakültə tədris metodik şurasının sədri, baş müəllim Nadir Kıbuşev, fakültənin açıq dərslərini dinləmək üçün təhkim olunmuş dosent Üzeyir Əfəndiyev və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının digər əməkdaşları iştirak etmişlər.