İCTİMAİYYƏT ÜÇÜN NÜMUNƏVİ AÇIQ DƏRS

11 aprel 2017-ci iltarixdə Gəncə Dövlət Universitetinin əsas tədris binasının akt zalında Filologiya fakültəsi Azərbaycan dili kafedrasının baş müəllimi Mehriban Məmmədovanın “Fonetik söz yaradıcılığı” mövzusunda açıq dərsi keçirilmişdir.
Açıq dərsdə universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Fəxrəddin Məmmədov, fakültənin dekanı Filologiya elmləri doktoru, professor Mübariz Yusifov, Azərbaycan dili kafedrasının müdiri  professor Telman Quliyev, ictimaiyyət nümayəndələri, orta məktəblərdən ixtisasçılar, universitetin professor, müəllim heyəti və tələbələr iştirak etmişlər.
Baş müəllim Mehriban Məmmədova “Fonetik söz yaradıcılığına dair tədqiqatlar” , “Söz yaradıcılığının əsas istiqamətləri”, “Tonallıqda sinkretik köklərin yaranması” , “Köklərin əvvəlində sait və samit dəyişməsiylə köklərin yaranması” , “Kök sonunda samit dəyişməsi ilə söz yaratma” mövzuları haqqında ətraflı məlumat vermişdir. Dərsin canlı, daha uğurlu alınması üçün müəllim əyani vəsaitlərdən yerli-yerində istifadə etdi.
Sonda isə dinləyiciləri maraqlandıran suallar cavablandırıldı. Müzakirə zamanı açıq dərsin geniş təhlili ilə bərabər, bu ənənənin istər ali, istərsə də orta məktəb müəllimləri, tələbələr və şagirdlər üçün ciddi əhəmiyyəti vurğulandı. Dərs isə qənaətbəxş qiymətləndirildi.