
2025/2026-cı tədris ilinin payız semestrininimtahan sessiyasının başlanmasına start verildi.İmtahanların 5 yanvar 2026-cı il tarixində başlayıb 30 yanvar tarixində yekunlaşacağı nəzərdə tutulub. İmtahanlar yazılı və test üsulu ilə keçirilir. İmtahana qədər bütün texniki və təşkilatı işlər görülmüş, imtahan cədvəlləri təsdiq olunmuşdur.Hər bir fənn üzrə imtahan sualları tələbələrə çatdırılmışdır.
İmtahan gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Gəncə Dövlət Universitetində “İmtahan Qərargahı” və “Apellyasiya Komissiyası” təşkil olunub. Həmçinin imtahanlara ictimai nəzarətin həyata keçirilməsi məqsədilə elm xadimləri, millət vəkilləri ictimaiyyət və KİV nümayəndələri, eləcə də tələbə valideynlərindən ibarət “İctimai nəzarət” şurası yaradılıb.İmtahanlar kameralarla təchiz olunmuş auditoriyalarda keçirilir və imtahan nəticələri həmin gün, müstəsna hallarda növbəti gün tələbələrə
elan olunması nəzərdə tutulub.
Tələbələrimizə uğurlar arzulayırıq.