“ANA DİLİNİN SAFLIĞININ QORUNMASINDA NORMA PRİNSİPLƏRİ” ADLI ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLDİ

Gəncə Dövlət Universiteti Publik Hüquqi ŞəxsFilologiya  fakültəsinin Azərbaycan dili kafedrasında“Ana dilinin saflığının qorunmasında norma prinsipləri” adlı  elmi-nəzəri konfrans keçirildi. Konfransda dilimizin saflığının qorunması, inkişafı haqqında  məruzələr edildi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabr ayının 3-də AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda və yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə ana dilinin inkişafıhaqqında söylədiyi tövsiyələrə dair çıxışlar dinlənildi.  

Konfransı giriş sözü ilə açan Milli Məclisin üzvü, GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru dos.Pərvin Kərimzadə ana dilinin saflığının qorunmasına dövlət qayğısından danışdı. O qeyd etdi ki, dövlətimiz  daim ana dilimizin yad təsirlərdən qorunmasının, inkişafının qayğısına qalır. Biz də bu məsələyə biganə qalmamalı, dövlətimizin apardığı dil siyasətini dəstəkləməli, ən dəyərli milli sərvətimiz olan dili qorumalıyıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə”.

Dövlət Dil Komissiyasının üzvü Azərbaycan dili kafedrasının professoru Mübariz Yusifov “Ana dilinin qorunmasında leksik normalar” mövzusunda  məruzə ilə çıxış edərək dilimizdəki leksik paralelliklərin yaratdığı problemlərdən danışdı, onların həlli yollarına dair fikir və tövsiyələrini bildirdi. 

Məruzəçilərdən dosent, filologiya elmləri doktoruYadigar Əliyev   “Türkiyə türkcəsinin Azərbaycan dilinə təsiri və ana dilimizin saflığının qorunması”, dos. Tahirə Quliyeva “Azərbaycan dilinin tədrisində dil problemləri”, dos. Gülarə Məlikova “Reklamların dilində nöqsanlar və onların aradan  qaldırılması yolları”, dos.(att.-sız) Mehriban Məmmədova “Dilimiz milli sərvətimizdir”, baş müəllim, filologiya üzrə fəlsəfə doktoru Mətanət Mahmudova “Şifahi nitqdə norma problemləri” mövzusunda məruzələr edərək dilimizdə yad dillərin təsiri nəticəsində yaranmış problemlər, onların səbəbləri və aradan qaldırılması yolları barədə dolğun və əhmiyyətli çıxışlar etdilər. Tədbir iştirakçıları müzakirə olunan məsələlər barədə fikir və mülahizələrini söylədilər. Konfransın sonunda Azərbaycan dili kafedrasının müdiri prof. TelmanQuliyev prezident İlham Əliyevin ana dilimizin yad təsirlərdən qorunması haqqında fikir və tövsiyələrinin əhəmiyyətini qeyd edərək bildirdi ki, ana dilimiziqorumaq, ona qayğı ilə yanaşmaq və dövlətimizin apardığı dil siyasətini dəstəkləmək biz filoloqlarınborcudur. 

Elmi-nəzəri konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə dilimiz haqqında söylədiyi fikirləri, həmçinin Ulu Öndər Heydər Əliyevin ana dilimiz haqqında çıxışlarıvideoçarxlarla nümayiş etdirildi. Konfransın sonunda Prezidentə müraciət məktubu qəbul edildi.