Müəllif Arxivləri: Filoloq Admin

Gəncə şəhəri 18 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV kurs tələbəsi Gülmira Həsənovanın “Zərf” mövzusunda keçdiyi açıq-sınaq dərs

Azərbaycan dili kafedrasının baş müəllimi Firduz Məmmədovanın rəhbərliyi ilə  Gəncə şəhəri 18 saylı orta məktəbin 6-cı sinfində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV kurs tələbəsi Gülmira Həsənovanın “Zərf” mövzusunda   açıq-sınaq dərsi olmuşdur. Təcrübəçi dərs prosesində fəal dərsin bütün mərhələlərinin düzgün şəkildə yerinə yetirilməsinə nail oldu.  Motivasiya, problemin qoyuluşu, tədqiqatın aparılması, informasiya mübadiləsi və müzakirəsi, […]

Davamı

Azərbaycan dili kafedrasının dosenti Tahirə Quliyevanın təşkil etdiyi maraqlı bir dərs nümunəsi

Azərbaycan dili kafedrasının dosenti Tahirə Quliyeva interaktiv təlimdə istifadə edilən maraqlı iş üsulundan istifadə edərək dərs nümayiş etdirdi.  Dərs morfologiyanın tədrisində rollu oyunlardan istifadə üzərində qurulmuşdu. Bu məqsədlə T.Quliyeva səhnəcik təşkil etdi. Səhnəcikdə tələbələrin hərəsi bir nitq hissəsi roluna girərək mübahisə edir və bu mübahisə prosesində nitq hissələrinin bütün morfoloji xüsusiyyətləri, bir nitq hissəsinin digərləri […]

Davamı

Azərbaycan dili kafedrasının müəllimi Nurlu Qasımovanın Ümumi dilçilik fənnindən açıq dərsi

Azərbaycan dili kafedrasının  müəllimi Nurlu Qasımova  19.04.2023-cü il tarixdə Filologiya  ixtisası  III2  kurs tələbələrinə Ümumi dilçilik fənnindən açıq dərs keçdi. Açıq dərsin mövzusu “Yeni dövrdə dilçilik. Elmi dilçiliyin təşəkkülü və klassik dilçilik məktəbləri ” idi. Açıq dərsdə XVII-XVIII ərsdə dilçilik, müqayisəli tarixi dilçiliyin əmələ gəlməsi, fəlsəfi dilçilik məktəbi, naturalizm dilçilik məktəbi və s. kimi məsələlər […]

Davamı

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında Pedaqogika fənnindən açıq dərs keçildi

Ümumi pedaqogika kafedrasının müəllimi  Pərvanə Əliyeva 18.04.2023-cü il tarixdə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası II kurs tələbələrinə Pedaqogika fənnindən  açıq dərs keçdi. Açıq dərsin mövzusu “Yeni təlim texnologiyaları” idi. Dərsdə müəllim yeni dərsin izahını verdi. Tələbələr “ Pedaqogika nədir?”, “Nəyi öyrənir? “,”Təlim, təhsil, tərbiyə, inkişaf, pedaqoji texnologiyalar nədir?” və s. kimi sualları cavablandırdılar. Müəllimin […]

Davamı

AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI MÜƏLLİMLİYİ İXTİSASININ TƏLƏBƏLƏRİ PEDAQOJİ TƏCRÜBƏDƏ

 16 fevral tarixindən etibarən Filologiya fakültəsinin tələbələri Gəncə şəhərində yerləşən orta  məktəblərdə pedaqoji təcrübə keçirlər. Təcrübəyə ixtisaslı müəllimlər rəhbərlik edirlər. Təcrübəçilər rəhbər müəllimlərin tərtib etdiyi cədvəllər üzrə sınaq dərsləri keçir, hər bir dərs metodistlər tərəfindən təhlil edilir, irad və tövsiyələr bildirilir və müvafiq ballarla qiymətləndirilir. Dərslərdə təlimin məqsəd və məzmununa xidmət göstərən   təlim metodlarından və […]

Davamı

Filologiya fakültəsinin II kurs tələbəsi Məmmədova Nigarın Ulu Öndərə yazdığı “Bizim xilaskarımız” şeiri rəğbətlə qarşılandı

15. 04.2023 -cü il tarixdə Gəncə Dövlət Universitetində Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş bədii  yaradıcılıq müsabiqə-festivalı keçirildi. Ali  təhsil müəssisələrinin tələbələri arasında keçirilən müsabiqədə Filologiya fakültəsinin II kurs tələbəsi Məmmədova Nigar  özünün  yazdığı “Bizim xilaskarımız”adlı şeirlə çıxış etdi. Ulu Öndərə həsr olunmuş şeir münsiflərin və iştirakçıların rəğbəti ilə qarşılandı. Şeirdən 1 […]

Davamı

Alim, şair və yazıçı….və ən əsası, gözəl insan Maqbet müəllim bu gün dünyasını dəyişdi

Gəncə Dövlət Universiteti Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri dosent Maqbet Əhmədov dünyasını dəyişdi. Elmi əsərlərlə bərabər, gözəl şeirlər, hekayələr müəllifi olan həm alim, həm yazar Maqbet müəllim insani keyfiyyətləri ilə də müəllim və şagird heyətinin sevimlisi idi. O, hər birimizin xatirində həssas, mehriban, yüksək mədəni keyfiyyətlərə malik olan bir şəxsiyyət kimi qalacaqdır. Allah rəhmət […]

Davamı

Filologiya ixtisasının tələbələri Nizami məqbərəsi, Qala muzeyi, Heydər Əliyev mərkəzi və Şəhidlər xiyabanında

Filologiya ixtisası IV kurs tələbələri Nizami məqbərəsi, Qala muzeyi, Heydər Əliyev mərkəzində  olmuşlar. Təcrübə rəhbəri  Azərbaycan və dünya ədəbiyyatı  kafedrasının dosenti Qivami Qazıyev tələbələrə həmin yerlər haqqında məlumat vermiş, filoloqların suallarını cavablandırmışdır. Sonra tələbələr Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərimizin ruhu qarşısında baş əymiş, onların məzarına gül dəstələri qoymuşlar.

Davamı