Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri dos.,f.f.d. Səba Namazova II Təhsil Menecerləri Forumunda və “Azərbaycan mediası: tarix və müasirlik” mövzusunda Beynəlxalq elmi-praktiki konfransda iştirak etmişdir

14 dekabr tarixində Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Azad qızı Namazova Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin ev sahibliyi ilə uğurla reallaşan II Təhsil Menecerləri Forumunda iştirak etmişdir. Tədbirə 400-dən çox iştirakçı, təhsil rəhbərləri və mütəxəssislər qatılmışdılar. Forumda innovativ idarəetmə, texnoloji və ekoloji məsuliyyətlər kimi maraqlı mövzular geniş müzakirə olunmuşdur.

17 dekabr 2024-cü ildə isə S.Namazova Bakı Dövlət Universitetində görkəmli alim və mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan mediası: tarix və müasirlik” mövzusunda Beynəlxalq elmi-praktiki konfransda məruzə ilə çıxış etmişdir.