Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi respublikamızda geniş miqyasda qeyd edilmişdir. Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərov bu yubiley münasibətilə Azərbaycanın müxtəlif elm və təhsil ocaqlarında təşkil olunan tədbirlərdə iştirak etmişdir. İstedadlı müəllim Gəncə Dövlət Universitetində, Qazax Müəllimlər Seminariyasında (ADA Universitetinin Qazax Mərkəzi), Gəncə Dövlət Filarmoniyasında, Gəncə şəhəri İ.Qayıbov adına 1 saylı , M.Mehdizadə adına 4 saylı və M.Hadi adına 10 saylı tam orta məktəblərdə keçirilən tədbirlərdə iştirak etmişdir. O öz orijinal çıxışları ilə Füzuli yaradıcılığının incəliklərini, gözəlliklərini dinləyicilərə çatdırmış, dahi söz ustadının qələmindən çıxan misraların sirrini açaraq Füzuli sənətinin böyüklüyünü bir daha təsdiq etmişdir.
Vüsal müəllim və onun timsalında Azərbaycan elminin, təhsilinin inkişafında xidməti olan hər bir ziyalıya uğurlar arzu edirik!