Bu gün -12 dekabr xalqımızın Ümummilli Lideri, Azərbaycan tarixində misilsiz xidmətləri olan böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günüdür. O həm güclü, cəsarətli, müdrik siyasətçi kimi, həm də vətənini sevən, onu bəlalardan qoruyan və inkişafı üçün əlindən gələni əsirgəməyən bir lider kimi Azərbaycan xalqının qəlbində dərin iz qoymuşdur. Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah,milli tərəqqi dövrü kimi daxil olmuşdur.
Bu gün Filologiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi böyük hörmətlə anılmışdır.