Filologiya ( Azərbaycan dili və ədəbiyyatı ) ixtisasında fənlər üzrə seçim

Filologiya ( Azərbaycan dili və ədəbiyyatı ) ixtisasının I  kursunda ÜFS-B04,I  bloku üzrə 2022/2023-cü tədris ili üçün tələbələrin seçiminə beş fənn – “Fəlsəfə”, “Sosiologiya”, “Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları”, “Məntiq” və “Etika”  fənləri təqdim olunmuşdur. Hər fənnin aparıcı müəllimləri tərəfindən (f.ü.f.d.Ü.Balakişiyev, dos.A.Məmmədov, b/m.Q Ramazanova, m.R.Əliyev ) tələbələrə fənlərin predmeti, məqsədi, məzmunu, tədrisinin əhəmiyyəti barədə […]

Davamı

10 May Ulu Öndər Heydər Əliyevin doğum günüdür

10 May Müasir Azərbaycan dövlətinin   memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür.       Müasir Azərbaycan tarixindən söhbət düşəndə, ilk öncə,  gözümüzün önündə bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır. Özünün dediyi kimi, azərbaycanlı olması ilə daim qürur duyan bu böyük […]

Davamı

9 May — Qələbə Gününüz mübarək !

9 May- Faşizm üzərində  Qələbə  Günü!  Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın mərd övladları bu Qələbə naminə canlarından-qanlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də doğma Azərbaycan torpağını qoruyublar. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı […]

Davamı

Fənlərarası inteqrasiya üzərində qurulmuş gözəl bir dərs nümunəsi

Gəncə Dövlət Universiteti Azərbaycan dili kafedrasının baş müəllimi Firduz  Məmmədova Təsviri incəsənət müəllimliyi ixtisasında Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnindən keçdiyi dərsdə maraqlı bir eksperiment həyata keçirmişdir. Belə ki, müəllim dərs dediyi tələbələrə nitqin növləri ilə bağlı  keçilən mövzuya uyğun olaraq  belə bir tapşırıq vermişdir:  “Kür qırağının əcəb seyrəngahı var” qoşmasında  Molla Pənah Vaqifin […]

Davamı

Zərifə Əliyeva ömrünün işığı

Hər bir millət üçün fəxr olunası haldır ki, mənsub olduğu xalqın tarixində unudulmaz şəxslər yaşayıb, yaradıb. Elə şəxslər ki, onların Vətən qarşısındakı xidmətləri əvəzolunmazdır. Belə insanlar həmin zirvəni qeyri-adi əməksevərliyi, təmənnasız xeyirxahlığı, fitri istedad, nadir bilik və qabiliyyətləri hesabına fəth edirlər. Məhz belə insanlardan biri də Zərifə xanım Əliyevadır. Filologiya fakültəsində humanist insan, görkəmli ictimai […]

Davamı

Tələbələrimizin detektiv yazıçı,psixoloq, ehtiyatda olan polkovnik-leytenant Elbrus Kəlbiyev ilə görüşü

GDU Filologiya fakültəsinin bir qrup tələbələri  maraqlı əsərləri ilə tanınan detektiv yazıçı Elbrus Kəlbiyev ilə görüşdə iştirak etdilər. Görüşdə Gəncənin fəxri, nasir, şair, publisist, dramaturq  Qərib Mehdi başda olmaqla  Gəncənin yazarları da  iştirak edirdi. Tədbirdə Elbrus Kəlbiyev iştirakçıları maraqlandıran sualları cavablndırdı,  yazdığı əsərlərin mövzusundan, onların tərbiyəvi əhəmiyyətindən, detektiv janrından, gələcək planlarından və s. danışdı. Sonda yazıçı […]

Davamı

GDU-nun Filologiya fakültəsinin müəllim və tələbələri Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə bağlı tədbirdə

13.04.2022-ci il tarixdə Gəncə Dövlət Universitetinin  Azərbaycan və dünya ədəbiyyatı  kafedrasının dosenti Qvami Qazıyev  və Filologiya fakültəsinin bir qrup tələbələri   Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında XIX əsr Azərbaycan bədii fikrinin görkəmli simalarından olan Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə əlaqədar “Xan qızı Xurşidbanu Natəvan” başlığı altında tədbirdə iştirak etdilər.  Prezident […]

Davamı

İRƏVAN SEMİNARİYASININ 140 İLLİK YUBİLEYİ

İrəvan qəza məktəbi, gimnaziyası, nəhayət, İrəvan Müəllimlər Seminariyası ölkəmizin bütün regionlarında mədəni-maarifçilik fəaliyyəti ilə məşğul olmuş, ana dilində dərsliklərin ilk təşəbbüsçülərindən olaraq,  mətbuatda rus və Azərbaycan dillərində həm əbədi-bədii, həm də ictimai-maarifçi məqalələri çıxış etmiş, Qərbi Azərbaycan ziyalıları kimi Azərbaycanda həm ictimai-pedaqoji hərəkatın, həm də onun simasında müsəlman dini  kimliyindən etnik kimliyə, son nəticədə isə milli […]

Davamı