” İLYAS ƏFƏNDİYEVİN DRAMATURGİYASI ” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ

20 oktyabr 2025-ci il tarixdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Nazəndə Hacıyevanın  Filologiya fakültəsinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının IV kursunda “Ən yeni Azərbaycan ədəbiyyatı” fənnindən “1960-1980-ci illərdə nəsr və dramaturgiya. İlyas Əfəndiyevin dramaturgiyası” mövzusunda açıq dərsi keçirildi. 

Mühazirə müəllim tərəfindən düzgün təşkil olunmuş, tədris sənədləri (fənn sillabusu, fənn proqramı, əyani vəsaitlər, mövzuya dair slaydlar, video çarxlar və s.) qaydalara uyğun tərtib edilmişdi. Dərsdə fəallıq, mövzuya hazırlıq, tədris materiallarına və vəsaitlərinə yanaşma yüksək səviyyədə idi. Nazəndə Hacıyeva dərs zamanıfənnin məzmununa və mövzuya müvafiq formada 1960-1980-ci illərdə nəsr və dramaturgiyanın, o cümlədən İlyas Əfəndiyev dramaturgiyasının mənzərəsini müfəssəl canlandırdı. Dərsdə müəllimin müasir təlim metodlarından və texiniki vasitələrdən, video və audio vəsaitlərdənbacarıqla istifadə etməsi tədrisin səmərəliliyini artıran ən vacib faktor kimi diqqəti cəlb etdi.