





17 oktyabr 2025-ci il tarixində Azərbaycan dili və ədəbiyyat müəllimliyi və Filologiya ixtisaslarının I və III kurslarında tyutor Heydərli Gülarə tərəfindən “Kredit sisteminin təşkili haqqında” təlim keçirildi. Təlimdə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”, təhsil krediti, Avropa Kredit Transfer Sistemi (AKTS), prerekvizit fənlər, tələbələrin hüquqları və akademik maraqları və digər məsələlər barəsində məlumat verildi. Təlimdə tələbələri maraqlandıran suallar ətraflı cavablandırıldı.