FAKÜLTƏNİN PROFESSOR- MÜƏLLİM HEYYƏTİNİN İCLASI KEÇİRİLMİŞDİR.

9 sentyabr 2025-ci il tarixdə Filologiya fakültəsində professor-müəllim heyyətinin ümumi iclası keçirilmişdir.
İclasın gündəliyinə iki məsələ daxil edilmişdir:

  1. Səlahiyyəti bitmiş universitet Elmi Şurasının tərkibinə daxil olacaq namizədlərin seçkisi.
  2. Səlahiyyəti bitmiş fakültə Elmi Şurasının tərkibinə daxil olacaq namizədlərin seçkisi.
    İclasda universitetin humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva və elmi katib dosent Seymur Meşaik iştirak edirdilər.
    Fakültə əməkdaşları tərəfindən irəli sürülmüş namizədlər müzakirə edilərək gizli səsverməyə buraxılmışlar. Səsvermənin nəticələrinə görə iki nəfər – Azərbaycan dili kagedrasının müdiri professor Telman Ziyatxan oğlu Quliyev və fakültənin dekan əvəzi dosent (at-sız) Mehriban Oktay qızı Məmmədova universitet Elmi Şurasına filologiya elmləri doktoru Yadigar Vəli oğlu Əliyev, dosent (at-sız) Yeganə Sabir qızı Hüseynova, filologiya üzrə fəlsəfə doktoru Həmid Camal oğlu Abbasov, filologiya üzrə fəlsəfə doktoru Mətanət Nəriman qızı Mahmudova fakültə Elmi Şurasına üzv seçilmişlər.