” AZƏRBAYCANŞÜNASLIĞIN AKTUAL MƏSƏLƏLƏRİ: YENİ DÖVRÜN AZƏRBAYCANI ” MÖVZUSUNDA XVI ƏSR BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLDİ

7-8 may 2025-ci il tarixində Azərbaycan dili kafedrasının dosenti Aytən Arzulla qızı Əhmədova Bakı Slavyan Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: Yeni dövrün Azərbaycanı” mövzusunda XVI Beynəlxalq Elmi Konfransında iştirak edib. Azərbaycan, Rusiya, Türkiyə, Şimali Makedoniya, İndoneziya , Polşa, Estoniya , Gürcüstan, Özbəkistan və bir sıra ölkə nümayəndələrinin, həmin ölkələrin aparıcı ali təhsil və elmi- tədqiqat müəssisələrinin rəhbər heyətinin, alim və mütəxəssislərinin qatıldığı konfransda əməkdaşımız ” Zəngəzur və Qarabağ onomastik vahidləri ” mövzusunda məruzə edib. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb. Dosent Aytən Arzulla qızı
Əhmədova konfransda fəal iştirakına görə təşkilatçı qurumların sertifikatı ilə təltif olunub. Qeyd edək ki, Beynəlxalq konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilib.