




Azərbaycan dili kafedrasının dosenti (attestatsız) Aytən Arzulla qızı Əhmədovaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 22 aprel 2025 -ci il tarixli qərarı ilə elmi- pedaqoji fəaliyyətinə görə filologiya elm sahəsi üzrə (“Azərbaycan dili” 5706.01) dosent elmi adı verilmişdir.
6 may 2025 – ci il tarixində Gəncə Dövlət Universitetinin Elmi Şurasında hörmətli rektor professor Yusif Yusibov Aytən Arzulla qızı Əhmədovaya dosent attestatını təqdim etmişdir.
Müəllimimizi təbrik edir, ona gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq!