MƏHƏMMƏD FÜZULİNİN 530 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MÜSABİQƏDƏ TƏLƏBƏLƏRİN UĞURU

Rusiya Federasiyasının Orenburq Vilayətində fəaliyyət göstərən “Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyəti”nin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Poeziyanın sirləri: Füzuli irsi ilə dialoq” mövzusunda keçirilmiş Beynəlxalq müsabiqədə Gəncə Dövlət Universitetinin Filologiya və Xarici Dillər fakültələrinin müəllim və tələbələri videoçarx vasitəsi ilə iştirak etmiş, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Namazova və Rus dili kafedrasının dosenti Sevda Əliyeva tələbələrin hazırlığına göstərdikləri böyük dəstəyə görə təşkilatın “Təşəkkürnamə”sinə və Filologiya ixtisasının I kurs tələbəsi Təhminə Kamalova bu mötəbər müsabiqənin I dərəcəli Diplomuna layiq görülmüş, eyni zamanda Fiıologiya fakültəsinin 5 nəfər, Xarici dillər fakültəsinin isə 2 nəfər tələbəsi uğurlu iştiraka görə Diplomlarla təltif olunmuşlar.
TƏBRİK EDİRİK!