Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli orta məktəbin müəllim-şagird heyəti Gəncə Dövlət Universitetinin V korpusuna ekskursiya ediblər. Şagirdlər universitet tarixini əks etdirən kabinetdə, şəhid xatirəsini yaşadan audotoriyalarda, Mir Cəlal Paşayev, Yunus Əmrə kabinetlərində, Nuri Paşa adına kitabxanada oldular. Azərbaycan dili kafedrasının müdiri prof.Telman Quliyev şagirdlərlə görüşərək qeyd etdi ki, Gəncə Dövlət Universitetində təhsil alan tələbələrə rektor prof.Yusif Yusibov tərəfindən böyük diqqət və qayğı göstərilir, onların savadlı kadr kimi yetirmələri üçün hər çür şərait yaradılır. Şagirdlər Azərbaycan dili kafedrasının dosenti Yadigar Əliyevin elmi və tövsiyə xarakterli çıxışını maraqla dinlədilər. Sonda Ulu Öndərin büstü qarşısında xatirə şəkli çəkdirdilər.








