Dosent Gülarə Məlikovanın Əski Azərbaycan yazısı seçmə fənnindən açıq dərsi

Azərbaycan dili kafedrasının dosenti Gülarə Məlikovanın  (Filologiya fakültəsi Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, II kurs, bakalavr) Əski Azərbaycan yazısı seçmə fənnindən  açıq dərsi oldu.   Dərsdə müəllim tələbələri ərəb əlifbasında olan 28 hərfdən  üçünün yazılış şəkilləri, əbcəd hesabı ilə say məzmunu, spesifik və sinkretik xüsusiyyətləri ilə tanış etdi. Dərs tələbələrin yüksək fəallığı ilə keçdi. Onlar klassik poeziyadan şeir nümunələri söylədilər, hərflərin say məzmunu ilə bağlı müəllimin verdiyi sualları cavablandırdılar. Müəllim dərsin mövzusuna və məqsədinə uyğun olan slaydlar nümayiş etdirdi. Ümumilikdə, müəllimin- dos. Gülarə Məlikovanın  yüksək elmi potensialı, pedaqoji ustalığı nəticəsində dərs yüksək səviyyədə keçdi.