Filologiya fakültəsinin müəllim və tələbə heyəti Molla Pənah Vaqifin anadan olmasının 305 illiyi ilə bağlı tədbirdə

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı XVIII əsrdə yaşamış görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 305 illiyi ilə əlaqədar “Ədəbi məktəb yaratmış ölməz sənətkar” başlığı altında tədbir keçirdi.

Tədbirdə Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Filologiya üzrə fəlsəfə doktoru, Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı  kafedrasının dosenti Qivami Qazıyev “Molla Pənah Vaqıf yaradıcılığı Azərbaycan milli intibah poeziyasının ən gözəl nümunələrindən biridir” başlığı altında çıxış etdi.  Gəncə Dövlət Universiteti Filologiya fakültəsinin  tələbələri görkəmli şairin yaradıcılığından nümunələr səsləndirdilər.