Vahid Əzizin “Param-param olmuş illər” şeirlər kitabının təqdimatına həsr olunmuş tədbir

Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan Respublikasının Xalq şairi, tərcüməçi, Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vahid Əzizin “Param-param olmuş illər” şeirlər kitabının təqdimatına həsr olunmuş  tədbir keçirildi. Tədbirdə görkəmli şairin həyatı, yaradıcılığı, göstərdiyi xidmətlər haqqında tədbir iştirakçılarına məlumat verildi, şairin öz ifasında şeirləri səsləndirildi. Vahid Əzizin poeziya dünyası haqqında danışan  Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi   Aygün Əhmədova, Azərbaycan dili kafedrasının baş müəllimi Mətanət Mahmudova  şairin  yaradıcılığının spesifik xüsusiyyətləri haqqında fikirlər söylədilər, onun müxtəlif mövzularda yazdığı şeirlərdə yüksək insani keyfiyyətlərin təbliğ olunduğunu qeyd etdilər. İkinci Qarabağ müharibəsi dövründə yazılmış “Param-param olmuş  illər” şeirlər kitabının Zəfər Günümüzün təntənəsini, əsgərlərimizin cəsurluğunu,  yüksək döyüş ruhunu, düşmənin rəzilliyini əks etdirdiyini söylədiilər. Tədbirin sonunda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kurs tələbələri- Günay Rzayeva,  Leyla Camalzadə  şairin şeirlərindən nümunələr səsləndirdilər.