Azərbaycan dili kafedrasının əyani doktorantı Həsənova Türkanın Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisası üzrə “Azərbaycan və ingilis frazeoloji lüğətlərində əhatə prinsipi” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib.

15 noyabr 2018-ci il tarixdə  Azərbaycan dili kafedrasının əyani doktorantı Həsənova Türkan İlqar qızının 5714.01 -Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisası üzrə “Azərbaycan və ingilis frazeoloji lüğətlərində əhatə prinsipi” mövzusunda dissertasiya işinin müzakirəsi olmuşdur.

Müzakirə yüksək səviyyədə keçirilmiş, doktorantın müzakirəyə təqdim  etdiyi  dissertasiya işinin tamamlandığı və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya üzrə fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi, pedaqoji, elmi-nəzəri və praktiki əhəmiyyətə malik olduğu qeyd olunmuş  və dissertasiya işinin  müdafiə üçün Dissertasiya Şurasına təqdim edilməsi məqsədəuyğun hesab edilmişdir.