Milli Dirçəliş və Beynəlxalq Tələbə gününə həsr edilmiş tədbir keçirilmişdir

16.11.2018-ci il tarixdə Filologiya fakültəsində Milli Dirçəliş və Beynəlxalq Tələbə gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə fakültənin dekanı prof. Mübariz Yusifov, humanitar məsələlər üzrə dekan müavini  Nadir Kubışev, Azərbaycan dili kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aytən Əhmədova , Azərbaycan tarixi kafedrasının baş müəllimi Vüqar Abbasov  və tələbələr iştirak etmişlər. Tədbiri giriş sözü ilə  açan Nadir Kubışev Milli Dirçəliş Gününün tarixi haqqında məlumat verdi. Azətbaycan tarixi kafedrasının baş müəllimi  Vüqar Abbasov “Milli dirçəlişimiz şanlı tariximizdir”, Azərbaycan dili kafedrasının baş müəllimi,filologiya üzrə fəlsəfə doktoru Aytən Əhmədova “Milli dövlətçiliyə aparan əzəmətli yol”  mövzusu ilə  çıxış etmişlər. Sonda  I kurs tələbələrindən Aytən Məmmədova , Turanə Səfərova  və Elvira Novruzovanın tələbə həyatı ilə əlaqədar çıxışları və şeirləri dinlənilib.