Fakültədə Monitorinq

15.11.2018-ci il tarixdə dos. Allahverdi Quliyevin rəhbərliyi ilə monitorinq qrupu I növbənin III saatında Filologiya fakültəsində yoxlama keçirdilər.  Dərs cədvəli üzrə monitorinq qrupunun üzvləri dos. Sahil İbrahimli Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 1³ qrupunda Rus dili fənnindən (müəllimlər: b/m. A.Bağırova, m. L.Murğuzova) praktik məşğələ, dos. İlqar Cabbarov 3³ qrupunda Azərbaycan ədəbiyyatı tarixi fənnindən (baş müəllim   A.Muşkiyeva) , dos. Murad Vəliyev 3¹ qrupunda Mədəniyyətşünaslıq fənnindən (müəllim  dos. Q. Qazıyev) , dos. Elvin Atakişiyev 1² qrupunda Fars dili fənnindən (müəllim C.Ağamirov) keçirilən  praktik məşğələlərdə iştirak etmişlər.

Dərslərdən sonra monitorinqin nəticələri müzakirə edilmiş, dərslər normal, keçirildiyi, fənlərə aid tədris sənədlərinin yerində olduğu bildirilmişdir.